Kanada Afrika Buynuzu bölgəsinə əlavə 58,1 milyon dollar yardım edəcəyini açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Kanadanın Beynəlxalq İnkişaf naziri Harcit Sajcan Efiopiya və Somalidə yaşayan insanların ehtiyaclarını ödəmək üçün əlavə dəstək göstərəcəklərini qeyd edib.

"Bölgənin indiyə qədər qeydə alınan ən pis quraqlığı yaşanır. Efiopiya,Keniya və Somalidə ən azı 43 milyon insan humanitar yardıma möhtacdır.

Mənbə qeyd edir ki, Afrika Buynuzu bölgəsindəki böhranı yüngülləşdirmək üçün bu günə qədər ayrılan yardımlar 98 milyon dolları keçib.