Quraqlıq su çatışmazlığı ilə nəticələnən yağıntıların olmaması ilə xarakterizə olunan təbii fəlakətdir. Bu fəlakət səhiyyə, kənd təsərrüfatı, iqtisadiyyat, enerji və ətraf mühitə ciddi təsir göstərir.

İqtisadiyyat.az dünyada quraqlığın təsiri ilə bağlı araşdırma aparıb.

Araşdırmalara görə, qlobal miqyasda təqribən 55 milyon insan hər il quraqlıqdan təsirlənir. Bu fəlakət dünyanın demək olar ki, hər bölgəsində heyvandarlıq və əkinçilik üçün ən ciddi təhlükədir. İqlim dəyişikliyinin səbəb olduğu quraqlıq xəstəlik və ölüm riskini artırır, kütləvi miqrasiyaya təkan verir. Su qıtlığı dünya əhalisinin 40%-nə təsir edir və 2030-cu ilə qədər 700 milyona yaxın insan quraqlıq nəticəsində evlərini tərk etmək riski altındadır.

Son 10 il ərzində bütün fəlakətlərin 80-90%-i daşqın, quraqlıq, tropik siklonlar, istilik dalğaları və şiddətli tufanlar nəticəsində baş verib.

Təkcə 2023-cü ildə dünya üzrə quraqlıqdan zərər çəkən, yaralanan və ya evsiz qalan insanların sayı təxminən 29,4 milyon nəfər təşkil edib. Son üç onillikdə quraqlığın qlobal təsiri 2002 və 2016-cı illərdə ən yüksək səviyyəyə çatıb.

Məlumata görə, dünyada 1990-2023-cü illərdə təxminən 1,9 milyard insan quraqlıqdan əziyyət çəkib:

İllər

Quraqlıqdan əziyyət çəkənlər

1990

12,77 milyon nəfər

1991

20,87 milyon nəfər

1992

30,38 milyon nəfər

1993

11,25 milyon nəfər

1994

94,58 milyon nəfər

1995

23,31 milyon nəfər

1996

2,96 milyon nəfər

1997

5,03 milyon nəfər

1998

13,08 milyon nəfər

1999

45,82 milyon nəfər

2000

74,13 milyon nəfər

2001

80 milyon nəfər

2002

391,86 milyon nəfər

2003

63,88 milyon nəfər

2004

26,36 milyon nəfər

2005

18,54 milyon nəfər

2006

35,35 milyon nəfər

2007

3,91 milyon nəfər

2008

23,7 milyon nəfər

2009

49,84 milyon nəfər

2010

63,14 milyon nəfər

2011

53,47 milyon nəfər

2012

42,47 milyon nəfər

2013

11,83 milyon nəfər

2014

49,9 milyon nəfər

2015

206,65 milyon nəfər

2016

219,01 milyon nəfər

2017

24,32 milyon nəfər

2018

16 milyon nəfər

2019

35,98 milyon nəfər

2020

19,11 milyon nəfər

2021

44,98 milyon nəfər

2022

131,18 milyon nəfər

2023

29,44 milyon nəfər

 

Qeyd edək ki, Somali 2024-cü ildə dünya üzrə quraqlıq riskinə ən çox məruz qalan ölkə olub. Həmin il dünyada quraqlıq təhlükəsinə ən çox məruz qalan 10 ölkədən beşi Afrikada yerləşir.

 

Gözəl Həşimova