Ötən gün Hindistanda baş verən qatar qəzası son 10 ilin ən ölümcül qəzalarından biri kimi qeydə alınıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Hindistanın şərqində cümə günü axşam saatlarında üç qatarın toqquşması nəticəsində azı 288 nəfər ölüb, 850 nəfər yaralanıb.

Son 10 ilin ən ölümcül 5 dəmir yolu fəlakətləri isə aşağıdakılardır:

2023 / YUNANISTAN

28 fevral 2023-cü ildə Afina ilə Saloniki arasında yük qatarı ilə sərnişin qatarının üz-üzə toqquşması nəticəsində 57 nəfər ölüb və bu, Yunanıstanın indiyədək gördüyü ən dəhşətli dəmir yolu qəzası olub.

2022 / KONQO Demokratik Respublikası

2022-ci il martın 10-da Konqo Demokratik Respublikasının cənub-şərqindəki Lualaba əyalətində qaçqınlarla yüklənmiş yük qatarı relsdən çıxıb. QƏza nəticəsində azı 75 nəfər ölüb, 125 nəfər yaralanıb.

2021 / PAKİSTAN

7 iyun 2021-ci ildə Pakistanın cənubunda qatarın relsdən çıxaraq digər sərnişin qatarı ilə toqquşması nəticəsində ən azı 63 nəfər həlak olub.

2021 / TAYVAN

2 aprel 2021-ci il tarixində Tayvanın şərqindəki Hualien sahil şəhərində 500-ə yaxın sərnişini daşıyan qatarın yamacdan aşağı sürüşən yük maşını ilə toqquşması nəticəsində ən azı 49 nəfər ölüb, 200 nəfər yaralanıb. Qəza adanın son illərin ən dəhşətli dəmir yolu qəzası olub.


2019/ PAKİSTAN

31 oktyabr 2019-cu ildə Pakistanın mərkəzində sərnişin qatarında baş verən yanğında azı 75 nəfər həlak olub. Qurbanlar zəvvarlardan ibarət olub. Yanğına qaz balonlarının təsadüfən partlaması səbəb olub.