Azərbaycanda son 1 həftə ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İqtisadiyyat.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 45 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 101 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.