Almaniya kansleri Olaf Şolts İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb, tərəflər Yaxın Şərq münaqişəsini və Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı vəziyyəti müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.

"Almaniya kansleri Olaf Şolts bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə yenidən telefonla danışıb", - Hebestreit deyib. 

"Netanyahu kansleri Qəzza zolağında və İsrail-Livan sərhədindəki hərbi vəziyyət haqqında məlumatlandırdı. Almaniya kansleri Qəzza əhalisinə humanitar yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasının təcili olduğunu vurğuladı. Fələstin mülki əhalisinin təchizatı və təhlükəsizliyi böyük narahatlıq doğurur", - Almaniya hökumətinin nümayəndəsi bildirib.

Bundan əlavə, Hebestreitə qeyd edib: "Almaniya hökumətinin nöqteyi-nəzərindən yalnız danışıqlar yolu ilə iki dövlətli həll Yaxın Şərq münaqişəsinin davamlı həlli perspektivini açacaq. Bu, Qəzza zolağına və İordan çayının qərb sahilinə şamil edilməlidir", - Almaniya Nazirlər Kabinetinin nümayəndəsi yekunlaşdırıb.