SOCAR-ın “Qalmaz” və “Qaradağ” qaz anbarlarının ümumi həcmi 3,5 milyard kubmetrə bərabərdir.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. 

Bildirilib ki, dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır:

“Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu diqqətə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30 faizi nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir. Hazırda yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır”.