Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə İqtisadiyyat.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev arasında görüş keçirilib.

Görüşdə SOCAR-ın neft-qaz və neft-kimya sənayesində çalışan peşəkar mütəxəssislərinin ekspert qismində akkreditasiya prosesinə cəlb olunması, bilik və təcrübə mübadiləsi, texniki ekspertlərin hazırlanması, uyğunluğun qiymətləndirilməsi sahəsində birgə təlimlərin təşkili kimi müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.