Tovuz rayonunun Dönük Qırıqlı kənd sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, Dönük Qırıqlı kəndində "Açıq mikrofon" aksiyası keçirilib. 

Aksiya çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı kənd sakini Dəmir Qurbanlı bunları deyib: "Tovuz rayonunun Dönük Qırıqlı kəndinin yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmirik. Kənd meşə zolağından kənarda yerləşir, odun almağa da imkanımız yoxdur. Xahiş edirəm, sözügedən genişlənən ərazinin qazlaşdırılmasında bizə köməklik edəsiniz".

Şəhid anası Sineyvər Dəmirovanın müraciəti rayonun Aran Yanıqlı kəndində yaşadığı küçənin qazlaşdırılması ilə bağlı olub. Aksiyaya Dondar Quşçu kəndindən qatılan Rəfael Məmmədovun da müraciəti eyniyönümlü olub. Görüş zamanı ünvanlanan hər bir müraciət qeydiyyata alınıb, vətəndaşlara lazımi izahatlar verilib.