Ötən il ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6 657 359 ton neft, Qaz Emalı Zavodunda isə 3 762 990 000 kubmetr qaz emal edilib.

Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, neft emalında 13,3 faizdən çox artım, qaz emalında isə nisbi azalma baş verib.

Bildirilib ki, 2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 023 373 ton olması da qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5 faiz çoxdur.