İqtisadiyyat.az xəbər verur ki, bu barədə “SOCAR Türkiye”nin “X” sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, enerji sektorunun müxtəlif sahələrinə fokuslanan 9 həftəlik intensiv təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkar, Nazirliyin Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Öztürk Selvitop, Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici və “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi şəxslər enerji sektorunda bilik əsaslı transformasiyanın əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu cür təşəbbüslər sahədə peşəkar kadr potensialının gücləndirilməsinə töhfə verir və enerji sektorunun davamlı inkişafında mühüm rol oynayır.