Ukrayna "Ukraine Facility" proqramı çərçivəsində 2024-cü ildə Avropa İttifaqından (Aİ) 16 milyard avro alacağını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

"Bu il 16 milyard avro alacağımızı gözləyirik" , - deyə Şmıqal qeyd edib.

Bundan əvvəl Volodimir Zelenski Avropa İttifaqını Ukrayna ordusu ilə döyüş sursatları ilə bağlı problemlərdə ittiham edib və bunu Avropa üçün biabırçılıq adlandırıb