Smartfonlarda süni intellekt və səs texnologiyası ilə şəkərli diabet 10 saniyəyə müəyyən edilə bilər.

Bu barədə İqtisadiyyat.az "EurekAlert" saytına istinadən xəbər verir.

Araşdırma zamanı məlum olub ki, smartfonlarda səs texnologiyasını süni intellektlə birləşdirən yeni üsulla diabeti 10 saniyəyə müəyyən etmək olar. Belə ki, proqram həlləri üzərində işləyən Klick Labs tədqiqatçılarının inkişaf etdirdiyi yeni üsulla smartfonda çəkilmiş 6-10 saniyəlik səs yazısı ilə "diabet" diaqnozunun qoyula biləcəyi müəyyən edilib.

Buna uyğun olaraq, 267 nəfərdən 2 həftə ərzində gündə 6 dəfə 6-10 saniyəlik səsli mesaj alınaraq, iştirakçıların 2-ci tip şəkər xəstəliyinin olub-olmadığını müəyyən edə bilən süni intellekt modeli hazırlanıb.

Tədqiqatçılar insan qulağının qəbul edə bilməyəcəyi bir sıra səs xüsusiyyətlərini araşdırıb və bu səslərdəki siqnalları işləyərək səsdə xəstəliyin yaratdığı dəyişiklikləri aşkar ediblər. Sözügedən süni intellekt modelinin doğru diaqnoz nisbəti qadınlarda 89%, kişilərdə isə 86%-dir.

 

Gözəl Həşimova