"Smart-kart tipli sayğaclar ləğv olunmayıb".

Bu sözləri smart tipli sayğacların ləğvi ilə bağlı sualı cavablandıran  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabından açdığı canlı yayımda deyib.

O, qeyd edib ki, smart tipli sayğaclar ləğv olunmayıb. Əksinə mexaniki sayğacların smart-kart tipli sayğaclarla əvəzlənməsi nəzərdə tutulur. 

Qeyd edək ki,  pilot layihə çərçivəsində 40 min abonentin mənzili ağıllı sayğacla təmin olunub. Gələcəkdə yaşayış binaları ilə yanaşı, həyət evlərinə də ağıllı sayğac quraşdırılacaq. Daha sonra smart-kart tipli sayğaclar mərhələli şəkildə dövriyyədən çıxarılacaq.