Çex avtomobil istehsalçısı “Skoda” bu ilin ilk üç rübündə avtomobil istehsalını illik müqayisədə 14,6% artıraraq 777,5 min avtomobilə çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Volkswagen" qrupuna daxil olan “Skoda”nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son üç rüb ərzində “Skoda”nın əməliyyat mənfəəti illik müqayisədə 47% artıraraq 1,26 milyard avroya çatıb.

 

Gözəl Həşimova