Azərbaycanda siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əməkhaqqının 35 mislindən artıq ola bilməyəcək.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihəyə əlavə edilmiş yeni bəndə əsasən, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir.