Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz qatıldığı televiziya proqramında önəmli açıqlamalar verib.

İqtisadiyyat.az xəbər verir ki, bir ilə yaxındır Şırnak bölgəsində seysmik araşdırmalar aparıldığını bildirən nazir Qabar dağı və ətrafında 4 quyuda qazma işlərini yekunlaşdırdıqlarını diqqətə çatdırıb.

F.Dönməzin sözlərinə görə, hazırki quyulardan gündəlik 1200-1300 barel neft əldə edilir. "Rəqəmləri dəqiqləşdirmədən açıqlamaq istəmirik. Hədəfimiz quyu sayını 10-a çatdırmaqdır" deyə nazir əlavə edib.

Dönməz onu da əlavə edib ki, bu son dövrlərdə quruda edilən ən böyük kəşflərdən biri ola bilər.

Fatih Dönməz həmçinin işıq və qaz qiymətlərində artım proqnozlaşdırmadıqlarını da dilə gətirib.