Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində PUA-ların dəstəklədiyi "Şəhid Jandarma Leytenantı İsmayıl Can Akdeniz" əməliyyatında 5 terrorçu zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından açıqlama yayıb. 

Nazir Yerlikaya qeyd edib: "Şəhidlərimizin qanı yerdə qalmayıb, qalmayacaq. 5 terrorçu zərərsizləşdirilib. Şırnak Bölgə Jandarma Komandanlığı tərəfindən aparılan kəşfiyyat araşdırmaları və PUA-ların hava kəşfiyyatı dəstəyi nəticəsində bir qrup terrorçunun Şırnak Uluderedə sığındığı müəyyən edilib və dərhal əməliyyata başlanılıb".