Türkiyədə PKK/KCK, FETÖ/PDY və İŞİD terror təşkilatlarına qarşı davam edən əməliyyatlar nəticəsində Şırnak Polis İdarəsi və Bölgə Jandarma Komandanlığı tərəfindən 4 nəfər saxlanılıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Ədliyyə orqanlarına təhvil verilən şübhəlilərdən 2-si sərbəst buraxılarkən, 2-si digər aidiyyəti bölmələrə təhvil verilib.