İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, il ərzində bu göstərici 39,98 % və ya 1,107 milyon ABŞ dolları artıb.
Ölkəyə pul köçürmələrinin ümumi həcmində Sinqapurun payı 0,4 % təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər 1,082 milyard ABŞ dolları (-34,56 %) həcmində pul köçürmələri həyata keçirib.
2023-cü ildə Sinqapurdan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 2,769 milyon ABŞ dolları, xarici ölkələrdən həyata keçirilən köçürmələrin ümumi həcmi isə 1,654 milyard ABŞ dolları təşkil edib.