İqtisadiyyat.az xəbər verir ki, yanğın yerli vaxtla saat 02:35-də DNK adlı hip-hop qrupunun konserti zamanı baş verib.

Belə ki, səhnədə istifadə edilən pirotexniki vasitələr tavanın alışmasına səbəb olub.

Bəzi yaralıların vəziyyəti ağırdır və qonşu ölkələrə, o cümlədən Bolqarıstan, Serbiya və Yunanıstana təxliyə edilib

***12:40

Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda baş verən yanğın nəticəsində ən azı 50 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Yanğın şənbə gecəsi, paytaxt Skopyedən 100 km şərqdə yerləşən klubda, 1500 nəfərin iştirak etdiyi konsert zamanı baş verib.

Yanğının səbəbi hələlik müəyyən edilməyib, araşdırmalar davam edir.