Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, atılan raketin hara düşdüyü dəqiqləşdirilməyib. Eyni zamanda, Yaponiya ictimai televiziyasının məlumatına görə, raket Yapon dənizində Yaponiyanın Xüsusi İqtisadi Zonasından (EEZ) kənara düşüb.

Kyodo xəbər agentliyinin məlumatına görə , KXDR bir anda bir neçə raket buraxıb, onların hamısı Yaponiyanın EEZ-dən kənara düşüb.

Bildirilib ki, Yaponiya Müdafiə Nazirliyi Pxenyanın yeni raket buraxılışı ilə bağlı məlumat toplayır və təhlil edir.