KXDR Pxenyanın Sunan rayonundan bir uzaqmənzilli ballistik raket atıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.

Daha əvvəl Seulda Yapon dənizinə doğru atılan naməlum tipli bir ballistik raket haqqında məlumat verilmişdi.

Bu gün Koreya Respublikasının Prezidenti Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kişidanın Tokioda görüşü planlaşdırılır.