İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Haburdakı sərhəd məntəqəsinə təslim olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

"Silsilə əməliyyatlar ilə yuvasına girdiyimiz terror təşkilatı PKK-dan qaçışlar davam edir. İraqın şimalındakı sığınacaq düşərgəsindən qaçan 2 PKK terrorçusu Haburdakı Sərhəd Polis İdarəmizə təslim oldu. Terrorçular üçün tək çıxış yolu türk ədalətinə təslim olsunlar!" - açıqlamada qeyd edilib.