"Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı təhqiqat davam edir və Nazirlər Kabineti təxribat aktlarına görə kimin cavabdeh ola biləcəyi barədə spekulyasiya etmək istəmir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Volfqanq Büçner brifinqdə bildirib.

"Mən heç bir spekulyasiyada iştirak etmək istəmirəm. Şimal axınında baş verən partlayışlarla bağlı təhqiqat əsasən Karlsrue federal prokuroru, federal polis və federal prokurorluq tərəfindən aparılır. İstintaqın gedişi ilə bağlı hər hansı məlumat almaq üçün bu orqanlara müraciət edilməlidir", - sözçü bildirib.