Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş realiti-şouda iştirak edəcək.

Bu barədə “Variety” məlumat yayıb .

“Paramount” kinostudiyası aktyorun özünün, həyat yoldaşı Cennifer Flavin Stallone və üç qızı Sofiya, Sistina və Skarletin iştirak edəcəyi “The Family Stallone” layihəsini açıqlayıb.

Realiti şou səkkiz seriyadan ibarət olacaq. Layihənin premyerası bu ilin yazında planlaşdırılır.