“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 94 077 890 manat və yaxud 54,3% azaldılıb. 

Şirkətin kapitalı 173 396 415 manatdan 79 318 525 manata endirilib. 

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir. Report