Azərbaycanın İrandakı Tehran səfirliyinə silahlı hücumdan sonra Tehran polis rəisi Hüseyn Rəhimi vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Tesnim xəbər agentliyi məlumat yayıb.

Həmçinin bildirilib ki, bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və daxili işlər naziri Əhməd Vahidi silahlı hücumu qiymətləndirmək üçün görüş keçiriblər.