2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 78 417 vahid və ya 3,91% artaraq 2 087 825 vahid təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 12 715, fiziki şəxslər üzrə 57 045, torpaq mülkiyyətçiləri üzrə isə 8 657 vahid artıb.