Azərbaycan vətəndaşlarının sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə müəyyyən mobil tətbiqlərin istifadəyə verilməsi planlaşdırılır.

İqtisadiyyat.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, mobil tətbiqlər vətəndaşlara sığorta məhsulu almaqla yanaşı, sığorta hadisələrinin tənzimlənməsində iştirak etməyə, sığorta şirkətlərinin fəaliyyətinə qiymətə verməyə imkan yaradacaq. Bununla da, AMB sığorta bazarında keyfiyyətli xidmət göstərilməsinə dəstək verəcək.