Sığorta agentliklərinin vergilərin ödənilməsi qaydası necə həyata keçirilir.

İcabari sığorta gəlirirdən çıxılan sığortaya aid edilirmi?

Vergi Məcəlləsinin 108 maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri sadələşmiş verginin üzvü ola bilərmi?

Vergi Məcəlləsinin 218.5.2-1. maddəsinə əsasən Vergi Məcəlləsinin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. Yəni onlar sadələşmiş vergi ödəyicisi ola bilərlər. Əlavə 218.5.13 ( bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər) maddəni də buna misal çəkmək olar.

Sığorta agentləri ƏDV ödəyicisi ola bilərlərlər?

Vergi Məəlləsinin 13.2.14. maddəsinə əsasən maliyyə xidmətlərindən biridə 13.2.14.7 bəndinə əsas götürsək sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləridir.

Vergi Məcəlləsinin 99.1. maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bu maddənin tələblərinə əsasən sığorta xidmətindən əladə edilən gəlirlər qeyri-sahibkarlıqdan əldən olunan gəlirlər hesabına formalaşır.

Vergi Məcəlləsinin 164.1 maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:

164.1.2. maliyyə xidmətlərinin göstərilməsi. Göründüyü kimi sığorta agenti ƏDV ödəyicisi ola bilməz.

İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri bu fəaliyyətlə yanaşı digər fəaliyyət növləri ilə də məşğul olduqda sadələşmiş vergi ödəyicisi ola bilərlərmi?

Vergi Məcəlləsinin 221.7. maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri bu fəaliyyətlə yanaşı digər fəaliyyət növləri ilə də məşğul olduqda, həmin müqavilələr üzrə ümumi hasilata sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.