İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb.
Danışığın detalları hələ açıqlanmayıb.
Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, vitse-prezident Han Cen yanvarın 20-də Trampın andiçmə mərasimində iştirak edəcək. Nazirlik vurğulayıb ki, rəsmi Pekin ABŞ ilə münasibətləri qarşılıqlı etimad, dinc yanaşı yaşama və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirmək istəyir.
Qeyd edək ki, Trampın əvvəlki prezidentlik dövrü ABŞ-Çin ticarət müharibələri ilə yadda qalmışdı. Onun yenidən Çinə qarşı iqtisadi təzyiq tətbiq edəcəyinə dair gözləntilər böyükdür. Tramp seçkiqabağı kampaniyasında Çindən idxal olunan mallara 60 faizədək rüsum tətbiq etməyi planlaşdırdığını açıqlamışdı.