“Şimal Maşınqayırma Müəssisəsi” (“Sevmaş”) istehsalat birliyi 885M “Ash-M” layihəsinin çoxməqsədli nüvə sualtı qayıqlarına texniki xidmət göstərmək üçün dövlət müqaviləsi imzalayıb.

TASS xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb .

Bildirilib ki, mütəxəssislər nüvə sualtı qayıqlarına zəmanət nəzarəti, eləcə də sualtı qayıqların avadanlıq, sistem və silahlarına texniki xidmət göstərilməsi üzərində davamlı olaraq işləyirlər.

Qeyd olunur ki, “Sevmaş”ın filialları Şimal və Sakit Okean donanmalarında yerləşən nüvə sualtı qayıqlarının bazalarında da fəaliyyət göstərir.