İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Məlumata görə, ləğv olunduğunu elan edən şirkət kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.
Məlumat üçün bildirək ki, ötən il “Xətai Development” MMC və “Azemal” MMC də “Milk-Pro”dan ayrılıb.
Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən “Milk - Pro” MMC şirkəti süd, süd məhsulları (Sevimli Dad) və meyvə şirləri (Sonti) istehsal edir. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Mustafa Mehman oğlu Məmmədovdur.
“Milk-Pro” 1997-ci ildə yaradılmış “CTC Holdinq”şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərir. Həmçinin “Xızı Aqro Park” MMC, “Aqro Qida” MMC, “Xınalıq İM” MMC, “CTC Servis” MMC, “CTC İnvest” MMC, “MEAT DAİRY” MMC bu holdinqə daxildir.