Bu gün Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, həlledici matçda İspaniya “Sevilya”sı İtaliya “Roma”sı ilə üz-üə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılan matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Sevilya" daha dəqiq (4:1) olub və 7-ci dəfə turnirin qalibi adını qazanıb. Əndəlüs təmsilçisi bu göstəricidə özünə məxsus olan rekordu yeniləyib.

Avropa Liqası

31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) - 1:1 (Penaltilər - 4:1)

Qol: P.Dibala, 35 (0:1), G.Mançini, 55 - avtoqol (1:1)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt, “Puşkaş Arena”