Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində iki ölkə arasında energetika sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək.

Eləcə də bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Səfərin tarixi və proqramı açıqlanmayıb.