Səudiyyə Ərəbistanının Hafar Əl Batin şəhərində qum fırtınası həyatı dayandırıb.

İqtisadiyyat.az dünya mediasını istinadən bildirir ki, Hafar əl-Batin şəhərində qum fırtınası nəticəsində səma qumla örtülüb.

Bölgədə nəqliyyatın hərəkəti dayanıb. Şəhərin Rafha rayonundakı ticarət mərkəzi də qum buludları ilə dolub.

Yaralıların sayı barədə məlumat verilməyən fırtınada yerli hakimiyyət orqanları təhlükəsiz qalmaq üçün əhaliyə evlərini tərk etməmələri və nəqliyyat vasitələrinin sürücülərini səyahət zamanı diqqətli olmaları barədə xəbərdarlıq edib.