Səudiyyə Ərəbistanı ölkənin 2 bölgəsində xam neft və təbii qaz yataqları aşkar edildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudun məlumat açıqlayıb.

Nazir milli neft şirkəti "Saudi Aramco"nun iki neft yatağı və dörd təbii qaz yatağı tapdığını açıqlayıb.

Qeyd edək ki, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı gündəlik təxminən 10 milyon barel xam neft hasil edir və bunun təxminən 7 milyon barelini ixrac edir.

 

Gözəl Həşimova