Türkiyədə “Yüksek Seçim Kurulu” (Mərkəzi Seçki Komissiyası) 1950-ci ildə yaradılıb. 73 ildir ki, bu qurum Türkiyədə seçkilər təşkil edir. 73 illik tarixi boyu bu qurum ilk dəfədir ki, belə bir gərgin seçki təşkil edib. Yüksək səviyyəli təşkilatçılıq, böyük seçici fəallığı və güclü liderlik keyfiyyətləri olan namizəd. Bütün bunlar dünyanın diqqət mərkəzində olan Türkiyənin adına yaraşan məsələlərdir. Türkiyə ilə yollarının birgə olmasını istəyən çox ölkə var. Avropa ilə Asiyada yerləşən bu dövlət Qərbla-Şərqi bağlayan bir məkandır, istər iqtisadi, istər sə siyasi anlamda. Ona görə də dünyanın diqqəti burdadır.

Ölkədəki prezident seçkiləri ilə bağlı kampaniya başlayanda hazırki prezident R. T. Ərdoğanın rəqiblərinin güclü olduğu məlum oldu. Müxtəlif ittifaqlara qarşı mübarizə aparmaq çətin idi. Bu görünürdü. Amma biz həm də görürük ki, Ərdoğan necə böyük siyasi idarətmə yoluna, bu yolda uğurlara imza ata bilib. Həmin bu təcrübə onun təkbaşına rəqblərinə qarşı başa-baş mübarizə aparmasında rol oynadı. 

Mübarizə açıq gedir. Namizədlərin 2-ci turda mübarizəsi həmin bu açıq rəqabətin davamı olacaq. Davamında görəcəyik, türk millətinin davranışlarını. Çünki onlar illəri müqayisə edəndə qazanılanlanları qiymətləndirmək keyfiyyətinə malikdirlər. Ona görədir ki, səsverməyə xəstə, qoca, hərəkət məhdudiyyəti olan, kim varsa gəldi, mövqeyini bildirdi. Bu özü demokratik seçki göstəricisidir. Çünki xalq seçki prosesinə inanır, seçimini edir. Səsinin onun gələcəkdə idarəetməsində təzahürünü görə bilir. Həmin bu fəallıq 2-ci turda da olacaq. Çünki xalq ilk turdakı prezident seçkilərindəki seçimində yanılmadı. Bundan ilhamlanaraq 2-ci turda da fəallıq göstərən xalq istəyinə çatacaq. Açıq mübarizə və demokratik seçkiyə görə Türkiyəyə “şapka çıkarılır. Qutudan kimin çıxmasından asılı olmayaraq.