Azərbaycanda bu ilin ilk 9 ayında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən 18 hadisə baş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, qəzalar nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.