Ötən ay nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 17,4 milyon ton yük və 145,6 milyon sərnişin daşınıb

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

2023-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınması 2%, sərnişin daşınması isə 5,3% artıb.

Yüklərin 53,5%-i avtomobil, 34,8%-i boru kəməri, 7,9%-i dəmir yolu, 3,6%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,5%-i avtomobil, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Hesabat dövründə sərnişinlər ən çox bu nəqliyyat vasitələrindən istifadə ediblər:

 

Gözəl Həşimova