Azərbaycanda bu ilin yanvar-iyun ayları ərzində yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,4% və 17,3% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə bu ilin yanvar-iyun aylarında 781,1 mln. sərnişin daşınıb. Hesabat dövründə "Bakı Metropoliteni" 108,8 milyon sərnişin daşıyıb.

Cari ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 1233,3 min sərnişin daşınıb. Eyni zamanda, qatar ilə 3239,1 min, gəmi ilə 10,5 min sərnişin daşınıb.

 

Gözəl Həşimova