"Belqrad ümid edir ki, "Türk axını" qaz kəməri hücuma məruz qalmayacaq, çünki bu, Serbiya üçün fəlakət olar".

İqtisadiyyat.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.

"Ümid edirik ki, qışda "Türk axını" qaz kəmərinə hücum etmək heç kimin ağlına gəlməyəcək. Bunun ehtimala dair heç bir əlamət yoxdur və əminəm ki, kimsə bunu xəyal da etməyəcək", - Vuçiç Macarıstanın baş naziri Viktor Orbanın "Türk axını" qaz kəmərinə hücumun terror aktı kimi qiymətləndiriləcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Vuçiç vurğulayıb ki, Serbiya növbəti qış mövsümü üçün öz daxili obyektlərində və Macarıstanda təxminən 630 milyon kubmetr qaz ehtiyatı saxlayıb.