“Serbiya NATO-ya üzv olmayacaq”.

Bunu prezident Aleksandar Vuçiç açıqlayıb.

“Bu səhər mən saxta vətənpərvərlərdən Serbiyanı Atlantik inteqrasiyaya doğru apardığımız barədə cəfəngiyyat eşitdim. Biz yox. Biz hərbi neytrallığımızı davam etdirəcəyik və ordumuzu məhv edənlərdən fərqli olaraq biz öz ordumuzu qururuq”, - deyə siyasətçi bildirib.

Bundan əvvəl Serbiya hakimiyyəti Brüssel və Minsk razılaşmalarını müqayisə edib. Baş nazirin müavini, ölkənin xarici işlər naziri İvitsa Daçiç qeyd edib ki, Serbiya və Kosovo arasında Brüssel razılaşmaları eyni saxtakarlığa çevrilib.