2024-cü ilin sentyabrda ABŞ-ın xarici ticarət kəsiri avqust ayı ilə müqayisədə 19,2% artaraq proqnozu üstələyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Belə ki, ticarət kəsiri əvvəlki ayla müqayisədə 19,2% artaraq 84,4 milyard dollar təşkil edib.
Sentyabrda ixracın həcmi 3,2 milyard dollar (1,2 faiz) azalaraq 267,9 milyard dollar təşkil edib. İdxal isə 10,3 milyard dollar (3%) artaraq - 352,3 milyard dollar təşkil edib.