Avropa Parlamentinin (AP) deputatları Şengen vizası müraciətlərinin rəqəmsallaşdırılması ilə bağlı hesabatı qəbul ediblər.

İqtisadiyyat.az xəbər verir ki, təklif qanuna çevrildikdə, müraciətlər vahid platforma vasitəsilə həyata keçiriləcək, vizalar pasportlara çap edilməyəcək.


AP-nin Vətəndaş Azadlıqları Komitəsinə təqdim edilən və 34 deputatın 5-in əleyhinə səs verdiyi hesabat, viza müraciətlərini rəqəmsal şəkildə etməklə viza proseslərini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.


Viza müraciəti xərclərinin və prosedurlarının azaldılması, müraciətlərin vahid platformada qəbulu, sistemin Aİ-nin sərhəd idarəetmə və verilənlər bazası sistemləri ilə inteqrasiyası, saxtakarlığın qarşısının alınması və rəqəmsal vizalar sayəsində təhlükəsizliyin artırılması nəzərdə tutulur.


Bundan əlavə, rəqəmsal viza müraciəti sistemində çoxdilli variantın olması, beləliklə, eyni IP ünvanından edilən müraciətlərin kollektiv şəkildə rədd edilməsinin qarşısının alınması da parlamentin qəbul etdiyi hesabatda yer alır.