Türkiyədən Şengen vizası üçün müraciətlərdən imtina nisbəti pandemiyadan əvvəlki dövrlə müqayisədə iki dəfə atıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, 2019-cu ildə Türkiyədən 906 min Şengen vizası müraciəti edilib, onlardan 9,7 faizi rədd edilib.  2022-ci ildə isə Türkiyədəki nümayəndəliklər vasitəsilə edilən 778 min Şengen vizası müraciətinin 15 faizi rədd edilib. Hazırkı dövrdə də Şengen vizası müraciətlərinin böyük hissəsi imtina cavabı alır. 

Türkiyədən sonra Şengen vizası üçün müraciətlərin ən çox rədd edildiyi ölkələr Estoniya, Finlandiya və Belçikadır.