Seneqal prezidenti Macky Sall hökuməti buraxıb. 

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, daxili işlər naziri vəzifəsini icra edən Siddiqi Kaba yeni baş nazir təyin edilib. Hökumət başçısı prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası aparmalı olduğu üçün tutduğu vəzifədən azad edilib.

Keçmiş baş nazir Amadu Ba artıq hakim partiyadan namizəddir.