2023-cü ildə Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı 2022-ci illə müqayisədə 109 % və yaxud 2,1 dəfə çox olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir. Sənaye zonalarında ilk avtomobilin istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilib. 2023-cü ildə bu rəqəm 4 233 olub. Bu da 2022-ci illə müqayisədə 109 % artım deməkdir", - deyə o qeyd edib.