Balaxanı Sənaye Parkında sayca 23-cü rezident - “Zəfər işığı” MMC qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, “Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur.

Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 kubmetr istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaq.

Qeyd edilib ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.