Sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2020-ci il vəziyyətinə 239,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayımlayıb 

Məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22,2 milyard manat təşkil edib.İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,4 % təşkil edib. 

Bildilir ki,istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2020-ci il vəziyyətinə 239,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.